Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq
Gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı sentyabrın 20-də qüvvəyə minir.
YeniAvropa xəbər verir ki,bu gündən etibarən vətəndaş şəxsi məqsədlər üçün, bir ay ərzində 300 dollar limiti keçməmək şərtilə bir neçə dəfə bağlama sifariş edə biləcək. Bu günə qədər limit 1000 dollar idi.
Son günlər pandemiya səbəbindən bütün ölkə üzrə distant təhsilin məcburi olması ilə bağlı şagirdlərin və müəllimlərin kompüter və telefonlara tələbatı da kəskin artıb.
Bu tələbatı nəzərə alaraq Nazirlər Kabineti qərarın icrasını ertələyə bilərmi?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təəssüflə bildirib ki, hələlik bu qərara yenidən baxılması ilə bağlı hökumət təşəbbüs göstərməyib: "Qərar qüvvəyə minərsə, bu, vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək, vətəndaşların xaricdən daha ucuz qiymətə texnoloji avadanlıqlar gətirmək imkanları da məhdudlaşacaq. Hökumət, Təhsil Nazirliyi distant təhsilin təşkili üçün şagirdlərin və müəllimlərin texniki- texnoloji və internet təminatı ilə bağlı hələlik ciddi resurslar ayırmayıb".
Ekspert bildirib ki, əhalinin 50% -nin yaşadığı kəndlərdə təhsil xidmətlərinə əlçatımlıqla bağlı ciddi problemlər yaranıb.
"Bu baxımdan hökumətin , pandemiyanın, distant təhsilin davam etdiyi dövr üçün, gömrük limitini ya əvvəlki qaydada, ya da xaricdən ortabab kompüter və smartfon əldəətmək imkanları yaratmaq üçün 750 dollar civarında müəyyən etməsi məntiqli olardı. Ümid edirəm hər bir vətəndaş üçün təhsil xidmətlərinəəlçatanlığı təmin etməli olan hökumət bunun fərqində olacaq",-deyə Osman Gündüz vurğulayıb.
İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, təhsil onlayn sistemə keçirilirsə, hökumət ilk növbədə lazım olan bütün infrastrukturu təmin etməlidir: "Ölkə Konstitusiyasında yazılıb ki, təhsil almaq hər bir vətəndaşın təməl hüququdur. Hökumət qurumları da insanların bu hüquqlarını təmin eməlidirlər".
T. Vəliyev qeyd edib ki, qərarın qüvvəyə minməsindən sonra ölkəyə gətirilən elektronika avadanlıqların qiyməti artacaq, əlçatanlıq isə azalacaq.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır