logo

Sabah Sabunçu rayonunun bir hissəsində su olmayacaq

17:27 17-09-2020 | icon 1666
Sabah Sabunçu rayonunun bir hissəsində su olmayacaq

Sabunçu rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib.Qeyd edilib ki, magistral su xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar sentyabrın 18-i gün ərzində Sabunçu rayonunun Ramana Südçülük, Ramana 2-ci sahə, Maştağa Subtropik və Maştağa Meyvəçilik yaşayış massivlərinə, həmçinin “Şuşa şəhərciyi” və ətraf ərazilərə içməli suyun verilməsində məhdudiyyət olacaq.