logo

Əli Həsənov Qurban Məmmədovu necə xilas etdi? - İstanbuldan Londona təcili uçuş

15:05 17-09-2020 | icon 1855
Əli Həsənov Qurban Məmmədovu necə xilas etdi? - İstanbuldan Londona təcili uçuş

Bu gün səhər ölkə mediasında Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığına dair xəbərlər yayılıb. 

YeniAvropa xəbər verir ki, az keçməmiş oğlu Qoşqar Məmmədov bu xəbəri təkzib edərək atasının Londonda olduğunu bildirib. Halbuki, Q.Məmmədovun Türkiyədə saxlanılması  xəbərini də KİV-ə elə Qoşqar Məmmədov ötürmüşdü. 

Qurban Məmmədovla bağlı əslində nə baş verdiyi haqda "Demokrat.az" məlumatlar əldə edib. Məlumata görə, Q.Məmmədov Türkiyədə saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı proses başlanıb.

Lakin son anda ,bu, baş tutmayıb və Q.Məmmədov İngiltərəyə uçub.

Mənbə saxlanılan Q.Məmmədovun Azərbaycana ekstradisiyasının qarşısını prezidentin keçmiş köməkçisi, hazırda Türkiyədə olan Əli Həsənovun aldığını deyib.

Belə ki, Əli Həsənov Türkiyədəki bütün əlaqələrindən istifadə edərək, Q.Məmmədovun Bakıya göndərilməsinə mane olub və onun təcili İngiltərəyə uçmasıını təşkil edib. Çünki Q.Məmmədov Azərbaycana ekstradisiya olunsaydı, istintaqa hər şeyi etiraf edəcəkdi, bununla da Ə.Həsənovun dövlətə qarşı oyunları ifşa olunacaqdı.

“Əli Həsənov Qurban Məmmədovun Bakıya göndərilməməsi üçün bütün imkanlarından istifadə etdi”, - deyə mənbə bildirib.