logo

Siyəzən rayonunda taxıl sahəsində baş verən yanğın söndürülüb

16:50 30-08-2020 | icon 6818
Siyəzən rayonunda taxıl sahəsində baş verən yanğın söndürülüb

Siyəzən rayonunun Qozağacı və Yenikənd kəndləri yaxınlığında dağlıq ərazidə 30 hektar sahədə quru ot, kol-kos və 5 hektar biçilmiş taxıl sahəsi yanıb.

YeniAvropa Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.