logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

10:55 29-08-2020 | icon 2527
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış yeddi cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.