logo

Məşhur aparıcı Fatih Portakal "FOX TV"dən istefa verib

11:12 24-08-2020 | icon 2653
Məşhur aparıcı Fatih Portakal "FOX TV"dən istefa verib

Məşhur aparıcı Fatih Portakal uzun illər çalışdığı "FOX TV"dən istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Fatih Portakal "FOX TV"nin xəbər koordinatoru Doğan Şentürkə istefasının səbəbini işindən yorulması ilə izah edib.

“Artıq yorulmuşam. Özümü təkrarlamağa başlamışam. Bundan sonra jurnalist kimi işləməyəcəm. Təqaüdə çıxmaq istəyirəm”,- deyə Fatih Portakal vurğulayıb.

Xəbərdə qeyd edilir ki, "FOX TV" bu həftə ərzində rəsmi açıqlama ilə Fatih Portakalın istefasını ictimaiyyətə açıqlayacaq. F.Portakalın da da əsas xəbər bülletenində bu barədə açıqlama verəcəyi və vida edəcəyi bildirilib.

"FOX TV"nin bu qərardan sonra yeni bir aparıcı ilə razılaşma əldə etdiyi və həımin şəxsin adının həftənin ortalarına qədər açıqlanacağı qeyd olunub.