logo

Türkiyə Rusiyadan ikinci "S-400" alayını alır

19:28 23-08-2020 | icon 2877
Türkiyə Rusiyadan ikinci "S-400" alayını alır

Rusiya və Türkiyə arasında "S-400 Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

 YeniAvropa  RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev məlumat verib.

“Müqavilə imzalanıb, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə məsələlərini müzakirə edirik”, - deyə Aleksandr Mixiyev bildirib.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl, Türkiyənin Müdafiə Sənayesi Katibliyinin(SSM) rəhbəri İsmayıl Dəmir bildirib ki, Rusiya və Türkiyə S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər.