logo

Ukrayna Belarusdakı səfirini geri çağırdı

19:29 17-08-2020 | icon 3031
Ukrayna Belarusdakı səfirini geri çağırdı

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Belarusla münasibətlərin gələcək perspektivlərini qiymətləndirmək məqsədilə Minskdəki səfirini ölkəsinə geri çağırıb.

 YeniAvropa "Sputnik-Belarus"a istinadən bildirir ki, bunu xarici işlər naziri Dmitri Kuleba deyib.

"Mən Ukraynanın Belarusdakı səfiri İqor Kizimi Belarus-Ukrayna münasibətlərinin yeni reallıqda perspektivinin qiymətləndirilməsi üçün Kiyevə məsləhətləşməyə çağırmağa qərar verdim. Biz tarixdə ilk dəfədir ki, Belarusla münasibətlərdə bu addımı atırıq və bunu yalnız Minskin yolverilməz hərəkətləri səbəbindən edirik",-deyə Ukrayna xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.