logo

İranda daha 165 nəfər  koronavirusdan ölüb

15:05 17-08-2020 | icon 3227
İranda daha 165 nəfər  koronavirusdan ölüb

İranda tədricən də olsa koronavirus infeksiyasının yayılması tempi azalır. Son sutkada İranda bu virusa 2 min 247 nəfər yoluxub, 165 nəfər ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Nəzərə çatdırılıb ki, bununla da İranda yoluxanların ümumi sayı 345 min 450 nəfərə, ölənlərin sayı isə 19 min 804-ə çatıb. Müalicə alan 299 min 157 nəfər sağalıb, 3 min 773 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Tehran daxil olmaqla İranın 12 vilayəti hələ də qırmızı zonaya daxildir.