logo

Azərbaycan əhalisinin sayı açıqlandı

20:08 14-08-2020 | icon 2534
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2020-ci il iyulun 1-i vəziyyətinə görə əhalinin sayı 10 095 900 nəfərdir.

Qeyd edilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləridir. Ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.