QHT Şurası və KOBİA-nın birgə qrant müsabiqəsinin qalibləri bəlli oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.
KOBİA-dan YeniAvropa-ya bildirilib ki, agentlik ilə birgə keçirilən qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmiş layihələrdən 7-si qalib elan olunub. Bu layihələr əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, COVID-19 pandemiyasından zərərçəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, “Texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun qrant müsabiqəsinin qalibləri ilə keçirdiyi onlayn görüşdə qeyd edilib ki, ixtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında əlaqələrin genişlənməsində, QHT-hökumət münasibətlərinin inkişafında, şəffaflığın təmin olunmasında əhəmiyyətlidir. Şura tərəfindən iyunun 2-22-də QHT-lər arasında 7 qrant müsabiqəsi elan olunub. Qrant müsabiqələrindən 4-ü müxtəlif dövlət qurumları, o cümlədən KOBİA ilə birgə keçirilib. KOBİA ilə birgə təşkil olunmuş müsabiqəyə 12 QHT tərəfindən layihələr təqdim edilib ki, bu layihələrdən 7-si qalib elan olunub.
Onlayn görüşdə QHT rəhbərləri layihələri haqqında məlumat verib, layihələrin effektiv şəkildə icrası üçün çalışacaqlarını bildiriblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır