logo

Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib

16:10 12-08-2020 | icon 3087
Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni loqosu təqdim edilib

Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib.

 YeniAvropa  Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, yeni loqo 4 elementin vəhdətindən təşkil olunub. Loqodakı alov “Odlar yurdu” Azərbaycanın əsas simvollarından biridir. Dalğavari hissə Xəzər dənizinə işarədir. Qartal Azərbaycan xəritəsinin ümumi görünüşünü özündə əks etdirir. Qartal, alov və dalğa ilə əhatələnən top isə futbolun əsas simvoludur.

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.