logo

Mövlud Çavuşoğlu Ankarada Ceyhun Bayramovla görüşdü

12:49 11-08-2020 | icon 2667
Mövlud Çavuşoğlu Ankarada Ceyhun Bayramovla görüşdü

Ankarada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Görüşdə ikitərəfli əməkdaşlığın gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.