logo

Novxanıda dənizdə batan şəxsin meyiti tapılıb

19:29 10-08-2020 | icon 2646
Novxanıda dənizdə batan şəxsin meyiti tapılıb

Abşeron rayonunun Novxanı kəndinin ərazisində dənizdə (qeyri-çimərlik ərazi) batan 2004-cü il təvəllüdlü Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, R.Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.