logo

Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:07 10-08-2020 | icon 2814
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 278 nəfər sağalıb, 79 yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib. Aktiv xəstə sayı 2513 nəfərdir.

Ötən müddət ərzində 790 min 141 test aparılıb. Bugünkü test sayı isə 5015-dir.