logo

"Yaxın günlərdə iş yerləri təkrar fəaliyyətə başlayacaq"-Nazir

12:49 07-08-2020 | icon 2597
"Yaxın günlərdə iş yerləri təkrar fəaliyyətə başlayacaq"-Nazir

"Yaxın günlərdə iş yerlərinin təkrar fəaliyyətə başlaması nəzərdə tutulur".

 YeniAvropa xəbər verir ki, bu fikri  əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

"Kimlərinsə aztəminatlı kateqoriyasından çıxması, bəzilərinin işlə təmin olunması nəzərə alaraq yeni hesablanma aparılacaq və yekunda dördüncü ödənişdə nə qədər insanın yardım alması açıqlanacaq",-deyə nazir sözlərinə əlavə edib.