logo

Cəlilabadda meşədə yanğın başlayıb

15:30 06-08-2020 | icon 2506
Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.