logo

Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

17:29 20-07-2020 | icon 7903
Azərbaycanda daha 369 nəfər koronavirusa yoluxdu, 9 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 523 nəfər sağalıb, 369 yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 27 min 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 19 min 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib. Aktiv xəstə sayı 8037 nəfərdir.

Ötən müddət ərzində 634 min 698 test aparılıb. Bugünkü test sayı isə 6817-dir.