logo

Dövlət Xidməti: 46 mindən çox vətəndaş qeydiyyata alınıb

12:30 20-07-2020 | icon 6195
Dövlət Xidməti: 46 mindən çox vətəndaş qeydiyyata alınıb

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə könüllü olaraq iştirak etmək istəyən vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (SHXÇDX) çoxsaylı müraciətləri davam edir.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 46 mindən çox vətəndaş bu günədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.