logo

“FlyDubai” Dubay-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayıb

15:55 14-07-2020 | icon 4004
“FlyDubai” Dubay-Bakı marşrutu üzrə birbaşa reyslərə başlayıb

İyulun 14-dən etibarən “FlyDubai” aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi “www.flydubai.com” saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcək.

Belə ki, Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysdən yalnız ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan, turizm vizası olan və BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər istifadə edə biləcəklər.

Qeyd olunan sərnişinlər aşağıdakı keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx

Digər əmirliklərin rezidentləri aşağıdakı keçiddən istifadə etməklə icazə almalıdırlar: https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login

Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.

Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:

“Android”: https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US

“iOS”: https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399

Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunan, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib. Həmin siyahıya “Referans” laboratoriyası, “Leyla” klinikası, “Memorial” klinikası, “Bona Dea” xəstəxanası, “İnci” laboratoriyası, Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, “Kaspian Hospital”, “UltraLab” daxildir.

BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.