logo

Paytaxtda “BMW” markalı motosiklet yolu keçən qadını vurub öldürdü

19:10 13-07-2020 | icon 2184
Paytaxtda “BMW” markalı motosiklet yolu keçən qadını vurub öldürdü

Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Yasamal rayonunun ərazisində, N.Nərimanov prospektində yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “BMW” markalı motosikletlə vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.