logo

MN: "Düşmənin "Qaraqaya" yüksəkliyini ələ keçirməsi yalandır"

16:30 13-07-2020 | icon 2373
MN: "Düşmənin "Qaraqaya" yüksəkliyini ələ keçirməsi yalandır"

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən "Qaraqaya" yüksəkliyini ələ keçirməsi barədə yayılan məlumatlar yanlışdır və ictimai fikri yayındırmaq məqsədi daşıyır.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

Onun sözlərinə görə, dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci il aprelin 12-də çəkildiyi qeyd olunub. "Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”,-deyə V.Dərgahlı bildirib.