logo

Sinoptiklərdən leysan ,dolu və şimşək xəbərdarlığı

15:33 13-07-2020 | icon 2359
Sinoptiklərdən leysan ,dolu və şimşək xəbərdarlığı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 17-si gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Xidmətdən YeniAvropa-ya  bildirilib ki, bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.