logo

10 manatlıq şirkət Bakıda 87 min manatlıq park inşa edir

13:08 13-07-2020 | icon 2247
10 manatlıq şirkət Bakıda 87 min manatlıq park inşa edir

„Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti “TFM-Smart Project” MMC ilə müqavilə imzalayıb.

YeniAvropa xəbər verir ki, müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 ha sahədə yeni parkın salınması üzrə layihə-semeta sənədlərinin hazırlanması nəzərdə tutulub. 
Müqavilənin məbləği 87 min manatdır.

Xatırladaq ki, reyestr sənədlərinə əsasən, “TFM-Smart Project” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.Şirkətin qanuni təmsilçisi Fərid Mikayılov Tahir oğludur.