logo

Azərbaycan səfiri: "Genişmiqyaslı müharibə başlaya bilər" 

12:52 13-07-2020 | icon 2065
Azərbaycan səfiri: "Genişmiqyaslı müharibə başlaya bilər" 

“Biz münaqişəni sülh yolu ilə həll etməyə hazırıq. Ancaq danışıqlar danışıq aparmaq xatirinə olmamalıdır”.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Danışır Moskva”(Qovorit Moskva) radiostansiyasına müsahibəsində səsləndirib.   

“Dünən Azərbaycan növbəti itkilər verib. Biz bunu gizlətmirik. Məsələni həll etmək lazımdır. Bunun üçün substantiv danışıqlar aparılmalıdır. Məsələ həll olunmadıqca belə hallar baş verə bilər. Yenə də təkrar etmək istəyirəm, bu, genişmiqyaslı müharibəyə yol aça bilər”, - deyə səfir vurğulayıb.