Aqil Abbas: Azərbaycanda futbol ölüb
Təxminən bir aydan sonra klublarımız Avrokuboklarda mübarizəyə başlayacaq. Lakin bu dəfə təmsilçilərimiz üçün vəziyyətin daha çətin olacağını güman etmək çətin deyil. Martın ortasından rəsmi oyun keçirməyən klublar pandemiya səbəbindən yoxlama görüşlərindən də məhrum olublar.
YeniAvropa xəbər verir ki, ölkədə sərt karantin rejiminin müddətinin növbəti dəfə uzadılması, qarşılaşmaların keçirilməsinə icazə verilməməsi, başqa cür ifadə etsək, futbolun planlara daxil edilməməsi,düşünülməməsi futbol ictimaiyyətini narahat edən əsas məsələdi. Hər halda, hərkəs yaxşı başa düşür ki, ölkədə futbolun bərpası ilə bağlı ciddi addımlaratılmasa, həm klubların Avrokuboklarda, həm də yığmanın Millətlər Liqasında uğursuzluğu qaçılmaz olacaq.
Futbolumuzdakı son durum, çıxış yolları barədə millət vəkili Aqil Abbasla danışdıq. "Qarabağ”ın qatı fanatı olan Aqil bəy, demək olarki, gələcəklə bağlı nikbin heç nə demədi.
- Uzun müddət sonra ölkədəki ilk və hələ ki sonidman tədbiri "Qarabağ”ın çempionluq mərasimi oldu ki, o da müzakirələrə səbəb oldu.
- Heç bir müzakirəyə səbəb olmalı deyildi.Oynadılar, çempion oldular, bütün qaydalara riayət edib, çempionluq kubokunu qaldırdılar. Nə etməliydilər? Kuboklarını almalı idilər, onu da bu cür aldılar.Koronavirus var deyə, titullarını saxlayıb gələn il ala bilməzdilər.
- Bu gün sərt karantin rejiminin uzadılması iləbağlı qərar verildi. Futboldakı qeyri-müəyyənlik davam edir. Bunun sonu necə olacaq?
- Azərbaycanda futbol öldü, qızım. Belə vəziyyətdəbunu əminliklə demək olar. Onsuz da çempionatın dayandırılması ilə bağlı qərarbuna şərait yaratmışdı. O qərarı kim verdi, niyə verdi, bilmirəm. İdman elə şeydiki, bir müddət ara verdinsə, məhv olub gedir. Bu futbolçuların əvvəlki formaya qayıtması üçün ən azı 2-3 ay vaxt lazımdı.
- Gələn ay klublarımızın Avrokuboklarda mübarizəsi başlayır. Hazırda futbol ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də budu...
- Bütün ölkələrdə futbol bərpa olunub, qonşu ölkələrin çempionatında oyunlar keçirilir. Daha pis vəziyyətdə olan ölkələrdə liqalar oynanılır. Bizdə də çempionatı dayandırmaqla bağlı qərar verdilər. İndi o futbolçuların vəziyyətini siz düşünün. Hansısa futbolçu bir ay məşq etməsə, məndən fərqi olmayacaq. Futbolçular meydana çıxıb nə edəcək? Necə hazırlaşacaqlar?"Qarabağ” da Çempionlar Liqasında mübarizə aparacaq.
- Bir millət vəkili olaraq çıxış yolu kimi nə təklifedərdiz?
- Bunun bir yolu var. AFFA Operativ Qərargaha müraciət etməlidi. Ən azı məşqlərin keçirilməsinə şərait yaradılmalıdı. Bütün qaydalar gözlənilməklə məşqlər keçirilə bilər. Onsuz da futbolçular stadionda sosial məsafə saxlayaraq məşq etsələr, 30-40 metr məsafə olacaq. Bunu təşkil etmək olar. Avrokuboklara gedəcək komandaları düşünərək, bunu etmək mümkündü.Yenə deyirəm, Operativ Qərargaha müraciət edilməlidi.
- Mövcud durumu nəzərə alsaq, Avrokuboklarda çıxışedəcək dörd komandadan nə gözləmək olar?
- Vəziyyət bu cür davam etsə, heç nə. Hətta"Qarabağ”dan da nəsə gözləmirəm. Bu qədər müddət məşq etməyən futbolçu meydanda mənim kimi olacaq da. Məşq etməsələr, oyun keçirməsələr, gedib böyük hesabla məğlub olacaqlar. Qarşıda milli komandanın Millətlər Liqasında oyunu var, onu da düşünmək lazımdı. Necə edəcəklər, futbolçular hansı səviyyədə olacaq? Onsuz da Azərbaycanda futbolun səviyyəsi bəlli idi. Futbol əldən getdi ölkədə. Gözləməliyik ki,canımız nə vaxt bu pandemiyadan qurtulacaq. İstənilən halda, Azərbaycanda futbol 2-3 il özünə gələ bilməyəcək. ("Futbol+”)
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır