logo

Voleybol üzrə Avrokubokların tarixi müəyyənləşdi

22:36 07-07-2020 | icon 3906
Voleybol üzrə Avrokubokların tarixi müəyyənləşdi

Voleybol üzrə Avrokubokların yeni mövsümünün başlama vaxtı dəqiqləşib.

YeniAvropa xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurası qitə miqyaslı turnirlərin start vaxtını təsdiqləyib.

Kişilər və qadınlar arasında hər üç turnir sentyabrın ikinci yarısında başlayacaq. Çempionlar Liqası, CEV kuboku və Çelenc kuboku uğrunda turnirlərin hamısı birinci mərhələdən start götürəcək.

Qeyd edək ki, 2020/21 mövsümündə Azərbaycanı yalnız "Azərreyl” klubu təmsil edəcək. Qadınlardan ibarət komanda Çelenc kubokunda oynayacaq