logo

Avtomobili yüksək sürətlə idarə edən qadın sürücü saxlanılıb

18:19 07-07-2020 | icon 2079
Avtomobili yüksək sürətlə idarə edən qadın sürücü saxlanılıb

Sosial şəbəkələrdə 90-PB-038 dövlət nömrə nişanlı, “KIA Optima” markalı avtomobilin sürücüsünün saatda 60 kilometr sürət həddinin müəyyənləşdirildiyi yolda 120-180 kilometr-saat sürətlə hərəkətdə olmasını əks etdirən video çəkib yayımlaması ilə əlaqədar araşdırmalar aparılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov YeniAvropa-ya bildirib ki, süjetlə bağlı ətraflı araşdırmalardan sonra inzibati xəta tərkibi yarandığı təsdiqini tapıb. Həmin sürücü – sosial şəbəkələrdə Pəri Kərimli kimi tanınan Pərvanə Qafarlı saxlanılıb. Onunla söhbət zamanı P.Qafarlı törətdiyi inzibati xətanı etiraf edib. Onun barəsində müvafiq tədbir görülüb.