logo

Böyük Şor gölü ilə bağlı analizlərin nəticəsi açıqlandı

16:10 07-07-2020 | icon 2128
Böyük Şor gölü ilə bağlı analizlərin nəticəsi açıqlandı

Ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin su nümunəsi üzərində aparıldıqları monitorinq və analizlərin nəticələri məlum olub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev məlumat verib. Onun sözlərinə görə, götürülmüş nümunələr yaşılımtıl rəngli və bataqlıq qoxulu olublar.

O bildirib ki, nümunələrin tərkibində codluq 1,8, xlorid ionu 15,5, ammonium ionu 5,3, sulfat ionu 2,5 dəfə çox olub. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.

V.Əliyev qeyd edib ki,"Sobsan" fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir: "Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".