logo

Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar

10:43 04-07-2020 | icon 2331
Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıblar

Qazax rayon Polis Şöbəsinə iyulun 3-də rayon ərazisində yerləşən “Sərin göl” restoranında nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya  verilən məlumata görə, dərhal rayon polis şöbəsinin əməkdaşları həmin restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvvəllər məhkum edilən Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.

On beş nəfər məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib. Restoran sahibi T.Novruzov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

0-1-24