logo

Qəçrəşdə “Son zəng” şənliyi edənlər cərimələndilər

11:30 03-07-2020 | icon 2380
Qəçrəşdə “Son zəng” şənliyi edənlər cərimələndilər

Qubada  elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

YeniAvropa DİN-ə istinadən xəbər verir ki, karantin rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

 Həmçinin polis əməkdaşları tərəfindən həmin karantin qaydalarının tələbləri izah olunub.