logo

"AZAL" Türkiyədə təhsil alan 19 Azərbaycan həkimini ölkəyə gətirib

20:48 02-07-2020 | icon 2149
"AZAL" Türkiyədə təhsil alan 19 Azərbaycan həkimini ölkəyə gətirib

İyulun 2-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) İstanbul-Bakı reysi ilə Türkiyədə təhsil alan 19 azərbaycanlı həkimi ölkəmizə gətirib.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev məlumat verib. Onun sözlərinə görə, TƏBİB-in prioritet məqsədlərindən biri də xarici ölkələrdə tibbi təhsil almış həkimlərin müvafiq şərait yaradılmaqla Azərbaycanda işləmək üçün geri gətirilməsidir.

O qeyd edib ki, bu çərçivədə müxtəlif layihələr icra olunur. Son olaraq REACT layihəsi icra olunub və Türkiyədə təhsil almış 19 uzman Azərbaycanın müxtəlif bölgələrində olan xəstəxanalarda ötən 3 ay ərzində pandemiya ilə mübarizə aparırdılar. Bu xüsusda azərbaycanlı həkimlərdən ibarət növbəti heyət xalqımıza xidmət etmək üçün ölkəmizə gəlib.