logo

Qurban bayramında 4 gün iş olmayacaq

20:13 01-07-2020 | icon 1967
Qurban bayramında 4 gün iş olmayacaq

Qurban bayramında 4 gün qeyri-iş günü olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin saytında məlumat yerləşdirilib. Bildirilir ki, baş nazir Əli Əsədovun "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi də qeyri-iş günü olacaq. Beləliklə ölkədə ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.