logo

SOCAR növbəti partiyada Belarusa neft göndərdi

16:21 30-06-2020 | icon 3052
SOCAR növbəti partiyada Belarusa neft göndərdi

SOCAR tərəfindən Belarusa göndərilən 85 min tonluq Azərbaycan nefti olan tanker Odessa limanına daxil olub. 

YeniAvropa xəbər verir ki,  bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko yerli  “BELTA” agentliyinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, “Belneftexim”də  Azərbaycan neftinin iyulun 10-15-də Mozır Neft Emalı Zavoduna (NEZ) çatdırılacağı planlaşdırılır.

Aleksandr Tişenko digər tanker tədarüklərinə dair sualları cavablandırarkən bildirib ki, bu istiqamətdə işlər davam edir.

Qeyd edək ki, bundan əvvəl SOCAR Trading (SOCAR-ın törəmə şirkəti), Belarusun “Belneftexim” konserninə Odessa limanı və Odessa-Brodı boru kəməri ilə Mozır NEZ-də ümumi həcmi təqribən 335 min tona yaxın olan dörd partiya neft çatdırıb. Bunlardan təxminən 250 min ton həcmində olan üç partiya mart ayında, 85 min ton həcmində olan bir partiya isə apreldə göndərilib.

Xatırladaq ki, "Belneftexim" konserninin sədri Andrey Rıbakov bundan əvvəl bildirimişdi ki, SOCAR bu il Belarusa 1 milyon tona yaxın neft göndərə bilər.