logo

Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb

13:13 29-06-2020 | icon 2506
Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi işləri görülür.

Əlavə məlumat veriləcək.