logo

Tarix müəllimi ikinci dəfə İslandiya prezidenti seçilib

20:36 28-06-2020 | icon 2681
Tarix müəllimi ikinci dəfə İslandiya prezidenti seçilib

İslandiyanın hazırkı prezidenti Qudni Yohannesson ölkədə keçirilən prezident seçkilərində böyük üstünlüklə qələbə qazanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Yohannesson seçkilərdə 92,2 faiz nəticə göstərərək ikinci müddətə prezident seçilib. Onun rəqibi isə yalnız 7,8 faiz səs toplaya bilib.

İyunun 27-də keçirilən prezident seçkilərində ölkənin 168 min 821 sakini (seçicilərin 66,9 faizi) iştirak edib.

Qudni Yohannessonun qələbəsi gözlənilməz olmayıb. Belə ki, heç bir partiyanın üzvü olmayan 52 yaşlı siyasətçi seçkilərin mütləq favoriti sayılırdı. O, ixtisasca tarixçidir, universitetdə rus və alman dillərini öyrənib. Yohannesson ilk dəfə 2016-cı ildə prezident seçilərək İslandiya tarixində ən cavan dövlət başçısı olub. Buna qədər isə İslandiya Universitetində tarix dərsi deyib.