logo

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

17:57 28-06-2020 | icon 2163
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 534 yoluxma faktı qeydə alınıb, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 7200 nəfərdir.

Ötən müddət ərzində 468 min 967 test aparılıb. Bugünkü test sayı isə 7106-dır.