logo

Polşada prezident seçkiləri keçirilir

13:51 28-06-2020 | icon 2618
Polşada prezident seçkiləri keçirilir

Bu gün Polşada prezident seçkiləri keçirilir.

YeniAvropa xəbər verir ki, seçkilərdə 11 namizəd, o cümlədən hazırkı prezident Andjey Duda mübarizə aparır. Ölkədə səsvermə hüququna malik 30 milyon vətəndaş var. Səsvermə yerli vaxtla saat 07.00-da başlayıb. Seçki məntəqələri saat 21.00-da bağlanacaq.

COVID-19 pandemiyası ilə əlaqədar səsvermə qarışıq prinsiplə keçirilir. Seçicilər seçki məntəqələrində, karantində olanlar və arzu edənlər isə müvafiq qaydada müraciət etdikdən sonra poçt qutuları vasitəsilə səs verəcəklər. Seçki məntəqələrində seçicilər sosial məsafəni gözləməli, tibbi maska taxmalıdırlar.

Seçkilərin nəticələrinin iyulun 1-dək açıqlanması nəzərdə tutulur. Səsvermədən dərhal sonra isə exit-poll-un nəticələri elan ediləcək.