logo

İcra başçısının xanımında və birinci müavinində də koronavirus tapıldı

13:10 24-06-2020 | icon 2324
İcra başçısının xanımında və birinci müavinində də koronavirus tapıldı

Gornaboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb.

YeniAvropa xəbər verir ki,  C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Qeyd edək ki, ötən həftə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və onun həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.

Xatırladaq ki, bundan əvvəl Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovin də  koronavirus (COVİD-19) infeksiyasına yoluxması və onun hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirilməsi haqda məlumat yayılıb