logo

"XalqBank"ın filial müdiri Xəzərdə boğuldu

12:55 21-06-2020 | icon 2079
"XalqBank"ın filial müdiri Xəzərdə boğuldu

Ötən gün paytaxtın Xəzər rayonunda dənizdə boğulan şəxsin kimliyi və iş yeri dəqiqləşdirilib.

YeniAvropa xəbər verir ki, 1980-ci il təvəllüdlü əmmədov Yusif İsak oğlu “Xalq Bank”da filial müdiri olub. Yaxınları onun dənizdə uşağı xilas edərkən boğulduğunu bildirib.

Qeyd edək ki,ötən gün Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda Yusif Məmmədovun dənizin nəzarətsiz ərazisində cimırkən boğulduğu bildirilirdi.

Məlumatda həmçinin qeyd edilirdi ki,  nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y.Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.