logo

Yeni Zelandiyada 7,4 bal gücündə zəlzələ baş verib

19:32 18-06-2020 | icon 2555
Yeni Zelandiyada 7,4 bal gücündə zəlzələ baş verib

Yeni Zelandiya sahilləri yaxınlığında 7,4 bal gücündə zəlzələ qeydə alınıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb. Qurumun məlumatına əsasən, zəlzələnin episentri 34 min əhalisi olan Gisborn şəhərindən 716 kilometr şimal-şərqdə, ocağı isə yer səthindən 33 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilmir.