logo

Azərbaycan və Ermənistanın XİN başçıları iyunun sonunda görüşəcəklər

20:56 17-06-2020 | icon 2100
Azərbaycan və Ermənistanın XİN başçıları iyunun sonunda görüşəcəklər

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar. Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə videokonfrans keçiriblər”.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Nazirlər arasındakı növbəti görüşün bu ayın sonuna təyin edildiyini qeyd edən Rusiya rəsmisi bildirib ki, koronavirusla bağlı vəziyyətə görə bağlanan sərhədlər açılandan, beynəlxalq gediş-gəliş bərpa ediləndən sonra tərəflər arasındakı görüşlər də əvvəlki kimi üzbəüz keçirilməyə başlayacaq.