logo

Zeynal Nağdəliyevin 6-cı əməkdaşı işdən çıxarıldı

20:22 14-06-2020 | icon 2492
Zeynal Nağdəliyevin 6-cı əməkdaşı işdən çıxarıldı

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin daha bir əməkdaşı işdən çıxarılıb.

YeniAvropa xəbər verir ki, bu barədə "Unikal.org" məlumat yayıb. Bildirilib ki, sektor müdiri Rüfət Əliyev vəzifəsini itirib. O, sabiq inşaat və sənaye naziri Ənvər Əliyevin oğludur.

Qeyd edək ki, həmin məmurun işlədiyi şöbəyə prezidentinin köməkçisi − Azərbaycan Respublikası prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rəhbərlik edir. Bu şöbə yerli icra hakimiyyətlərinin fəaliyyətinə nəzarət edir.

Xatırladaq ki, bundan əvvəl,may ayında həmin şöbənin daha beş əməkdaşı işdən çıxarılmışdı.