logo

Gürcüstan ABŞ ilə birgə hərbi təlimlərə hazırlaşır

16:56 12-06-2020 | icon 2240
Gürcüstan ABŞ ilə birgə hərbi təlimlərə hazırlaşır

Gürcüstan Silahlı Qüvvələri ABŞ ilə birlikdə hərbi təlimlərə hazırlaşır. “Layiqli tərəfdaş -2020” adlı ilk birgə təlimin bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulur.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili parlamentdəki çıxışında söyləyib.

O bildirib ki, hərbi təlim beynəlxalq statusa malik olduğu üçün burada NATO-nun digər üzvləri də iştirak edəcəklər. Gürcü hərbçilərin müxtəlif təlimlərdə iştirakı silahlı qüvvələrimin bölmələrinin hazırlığının yüksək olduğunu və NATO-nun tələblərinə uyğun formalaşdığını sübut edir. Bizim tərəfdaşlarla ikitərəfli və çoxtərəfli formatlardakı əməkdaşlığımız müdafiə qüvvələrinin gücləndirilməsi və NATO standartlarına uyğunluğun yüksəldilməsi məqsədi daşıyır.

İ.Qaribaşvili Gürcüstan ordusunun bugünkü hazırlıq səviyyəsinin çox yüksək olduğunu vurğulayıb.