logo

Əli Əsədov rusiyalı həmkarını təbrik edib

11:34 12-06-2020 | icon 2156
Əli Əsədov rusiyalı həmkarını təbrik edib

İyunun 12-də Azərbaycanın baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə ölkəsinin dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  YeniAvropa-ya  bildiriblər ki, baş nazir Əli Əsədov dövlət başçılarının səyləri sayəsində çoxəsrlik təməli olan Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını vurğulayıb.

Məktubda, həmçinin Azərbaycan ilə Rusiya arasındakı qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin xalqlarının mənafeyi naminə birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə ümidvarlıq ifadə olunub.