logo

İyunun 15-dən sonra Bakı-Naxçıvan aviareysinin bərpası gözlənilir

19:59 09-06-2020 | icon 2534
İyunun 15-dən sonra Bakı-Naxçıvan aviareysinin bərpası gözlənilir

Azərbaycanda daxili uçuşların iyunun 15-dən sonra bərpası nəzərdə tutulur.

YeniAvropa xəbər verir ki, , bu haqda iyunun 9-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasına həftədə iki dəfə reys təşkil ediləcək. Sonrakı mərhələdə reyslərin sayı artırıla bilər. Uçuşlar zamanı xüsusi qaydalar tətbiq olunacaq.