logo

Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib

15:57 09-06-2020 | icon 2296
Türkiyədə axtarışda olan daha bir terrorçu zərərsizləşdirilib

Türkiyənin Elazığ, Şırnak və Diyarbakır vilayətlərində antiterror əməliyyatları keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, əməliyyatlar zamanı altı terrorçu zərərsizləşdirilib. Onlardan biri axtarışda olanlar siyahısında yer alan PKK/KCK terror təşkilatının üzvü Salih Ekincidir.

Ölkənin Düzce vilayətində baş tutan daha bir əməliyyat zamanı İŞİD terror təşkilatının yeddi üzvü saxlanılıb. Saxlanılanlar arasında təşkilatın rəhbər heyətində yer alan şəxslər və partlayıcı maddələrin hazırlanması üzrə mütəxəssislər də var.