logo

Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb

20:58 05-06-2020 | icon 2037
Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin saat 20:00-а olan məlumatına əsasən Şəmkir, Tərtər, Zaqatala, Bərdə rayonlarına yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, Tərtər rayonunun Qarağacı kəndinə saat 16:05-16:10 radələrində diametri 1,2-1,5 millimetr olan, həmçinin Tovuz rayonunun Haçıqaya kəndinə saat 16:30, Gədəbəy rayonunun Xarxar, Samanlı və Zəhmət kəndlərinə isə saat 16:40 radələrində xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Naftalanda, Gəncədə 24, Tovuzda, Bakıda 23, Maştağada, Qum adasında 20, Sumqayıt, Binə, Çilov adası, Zabrat, Neft Daşlarında 17 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3,2 metrə çatıb.