logo

Slovakiya qonşu ölkələrlə sərhədləri açıb

15:49 05-06-2020 | icon 2436
Slovakiya qonşu ölkələrlə sərhədləri açıb

İyunun 5-dən etibarən Slovakiya həmsərhəd ölkələr - Avstriya, Çexiya və Macarıstan vətəndaşları üçün sərhədlərini məhdudiyyətsiz şəkildə açıb.

 YeniAvropa xəbər verir ki, bu barədə məlumatı ölkənin TASR xəbər agentliyi yayıb.

Məlumatda qeyd edilib ki, Slovakiya və digər üç ölkə arasında bağlanan razılaşma ilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji tədbirlərin tətbiqi dayandırılıb. Buna səbəb isə bu ölkələrdə infeksiyanın yayılma sürətinin olduqca aşağı düşməsi olub.

Slovakiyanın baş naziri İqor Matoviç bildirib ki, qonşu ölkələrlə qarşılıqlı şəkildə qərarların qəbulu əhalinin heç bir məhdudiyyət olmadan sərbəst hərəkətini təmin edəcək. Sərhəd-keçid məntəqələrində koronavirusla bağlı testlər və karantin tədbirləri tətbiq edilməyəcək.