logo

Həftəsonu Bakıdan rayonlara getməyə icazə verilməyəcək

22:30 04-06-2020 | icon 2023
Həftəsonu Bakıdan rayonlara getməyə icazə verilməyəcək

Şənbə və bazar günləri paytaxtdan rayonlara gediş-gəlişə icazə verilməyəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu axşam AzTV-də yayımlanan "Hədəf” verilişində məlumat verib. 

Onun sözlərinə görə, paytaxt daxilindəki karantin postlarının ləğv olunmasına baxmayaraq, inzibati ərazilərdəki giriş-çıxış postları 24 saat fəaliyyət göstərir. 

"Bakıda  qeydiyyatda olan şəxslər rayonlara gedə bilməzlər və digər rayon və şəhərlərdə yaşayan insanlar da Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərinə və Abşeron rayonuna gələ bilməzlər. Ona görə də heç kəs şənbə və bazar günü rayona getməyə cəhd göstərməsin. Onsuz da onlar karantin postlarından buraxılmayacaqlar”,-deyə kamran Əliyev vurğulayıb.